Vladimir Putin - Heç bir ölkənin Rusiyanınki qədər güclü silahı yoxdur
Seçkilərdən 18 gün əvvəl Federal iclasda çıxış edərkən, Rusiya prezidenti Vladimir Putin ölkənin nüvə arsenalı və silahı haqqında müzakirə apardı.
Vladimir Putin bəyan etdi ki, dünyanın heç bir ölkəsinin Rusiya qədər güclü potensialı yoxdur.
“Arktik sularda Rusiyanın hərbi flotu dünyada həmişə ən güclü olub və olacaq. Rus əsgəri isə, dünyanın ən yüksək texnologiyaları ilə təmin edilib” – dedi Vladimir Putin.
Rusiya prezidenti yeni ultra səsli silah haqqında da danışdı, hansı ki, onun dediyinə görə, meteora bənzər olacaq. Silahın adı isə, “Avanqard”-dır.
“Rusiyanın Müdafiyə Nazirliyi yeni nəsil balistik raketləri ilə çalışır. İstisna deyil ki, raketlər gələcəkdə nüvə ilə təchiz edilsinlər” – dedi Vladimir Putin.
Rusiya prezidentinin dediyinə görə, Rusiya ərazisinə və yaxud onun müttəfiqlərinin ərazisinə hərhansı bir ölkə hücüm etsə, Rusiya dərhal gərəkli cavab tədbirlərini görəcək.
Nitqlə çıxış edərkən, Putin bəyan etdi ki, Rusiya heç bir beynəlxalq müqaviləyi pozmayıb.