Vladimir Putin bəyan edib ki, Rusiya ordusu cəbhə xəttinin bütün istiqamətlərində strateji üstünlüyünü qoruyub saxlayır və Ukraynanın hücumları bu vəziyyəti dəyişdirə bilməz
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya ordusu cəbhə xəttinin bütün istiqamətlərində strateji üstünlüyünü qoruyub saxlayır və Ukraynanın hücumları bu vəziyyəti dəyişdirə bilməz. Prezident bu barədə işğal olunmuş Ukrayna regionlarının qondarma qubernatorları ilə keçirdiyi videokonfrans zamanı danışıb.
“Qüvvələrimiz strateji üstünlüyünü qoruyur. Onlar inamla irəliləyirlər və heç bir mərmi atəşi və ya dron zərbəsi bu vəziyyəti dəyişə bilməz. Bütün istiqamətlər üzrə irəliləyiş davam edir. Düşmən bu hücumu dayandıra bilmir və açıq şəkildə terror üsullarına əl atır. Onlar mülki obyektlərə və infrastruktura, o cümlədən ictimai nəqliyyata zərbələr endirirlər”, – deyə Putin bildirib.