Vladimir Putin 16-17 may tarixlərində Çinə səfər edəcək
Vladimir Putin 16-17 may tarixlərində Çinə səfər edəcək

 
Rusiyanın Prezidenti Vladimir Putin 16-17 may tarixlərində Çinə səfər edəcək.

Bu haqda məlumatı Kreml yayır.

Bu, Putinin növbəti altı il müddətinə prezident seçilməsindən sonra ilk xarici səfəri olacaq.

Kreml, Putinin prezident Si Dzinpinin dəvəti ilə Çinə səfər edəcəyi haqda məlumat verir.

Putin və Si Dzinpin hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlıq məsələlərini müzakirə edəcək, ikitərəfli praktiki əməkdaşlığın daha da inkişafı üçün əsas istiqamətləri müəyyənləşdirəcək, ən aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.