Vladimer Zelenskinin administrasiyası Rusiya ilə məhkumların mübadiləsi haqqında məlumatı yalanlayır
Ukrayna prezidenti Vladimer Zelenskinin administrasiyası Rusiya ilə məhkumların mübadiləsi haqqında məlumatı yalanlayır.
Prezident administrasiyasında bəyan edirlər ki, məhkumların mübadiləsi hələ olmayıb, ancaq bu haqda Rusiya ilə danışıqlar aparılır.
Rusiya və Ukrayna arasında məhkumların mübadiləsi haqqında məlumat rus və Ukrayna medyasında yayıldı.
Bu məlumatı sosiyal şəbəkədə Ukraynanın yeni baş prokuroru Ruslan Ryabopaşka da təsdiqlədi.
Gecə saatlarında o yazdı ki, Ukraynalı dənizçilər Oleq Sentsov, Nikolai Karpyuk, Vladimer Belux və Pavel Qrib evə qayıdırlar.
“Exo Moskvının” baş redaktoru Aleksandr Venediktov isə, yazıb ki, Rusiyadan Kiyevə məhkumlar gecə saatlarında aparılıblar.