Ukrayna prezidenti, Vladimer Zelenski ölkədə müharibə vəziyyətini bəyan etdi.
“Hörmətli Ukrayna vətəndaşları, bu gün Vladimir Putin Donbasda xüsusi hərbi əməliyyata başladığını elan elan etdi.
Rusiya hərbi infrastrukturumuza zərbələr endirdi”, – Zelenski bəyan etdi və vətəndaşları evdə qalmağa çağırdı.
Mediada məlumat yayılır ki, Ukraynanın bir çox şəhər və qəsəbələrində partlayışlar və raket atəşləri eşidilir.