Vladimer Putin və Nikol Paşinyan Kremldə görüş keçiriblər
Vladimer Putin və Nikol Paşinyan Kremldə görüş keçiriblər

 
Rusiyanın Prezidenti Vladimer Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının Sammiti çərçivəsində Kremldə ikitərəfli görüş keçiriblər.

Bu haqda məlumatı Kremlin mətbuat xidməti yayır.

Putinin görüşün əvvəlində açıqladığı üzrə, Paşinyanla iqtisadi əməkdaşlıqdan başqa, regional təhlükəsizlik məsələlərini də müzakirə edəcəkdi.

“Açıq rejimdə bu haqda ətraflı danışmağa başlamayacağıq, ancaq Avrasiya İqtisadi İttifaqı çərçivəsində münasibətlərimizin bütün kompleksi, o cümlədən regional təhlükəsizlik məsələləri haqda da danışmaq imkanı var”- Putin açıqlayıb.

Öz növbəsində Nikol Paşinyan qeyd edib ki, ötən ilin dekabrında keçirilən görüşdən sonra Rusiyanın lideri ilə müzakirə olunacaq çoxlu məsələlər yığılıb.

“Şuranın iclasında iqtisadi bloku biz artıq müzakirə etmişik və indi ümid edirəm və əminəm ki, biz ikitərəfli münasibətlərin mühüm məsələlərini, regional məsələləri müzakirə edəcəyik”- Paşinyan açıqlayıb.