Vladimer Putin və Nikol Paşinyan Ermənistanın bəzi vilayətlərindən rus hərbçilər və sərhədçilərin çıxarılması məsələsini razılaşdırıblar
Vladimer Putin və Nikol Paşinyan Ermənistanın bəzi vilayətlərindən rus hərbçilər və sərhədçilərin çıxarılması məsələsini razılaşdırıblar

 
Rusiyanın Prezidenti Vladimer Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın bəzi vilayətlərindən rus hərbçilər və sərhədçilərin çıxarılması məsələsini razılaşdırıblar. Bu haqda rus mediasına Rusiyanın Prezidentinin mətbuat katibi Dimitri Peskov açıqlayıb.

Bununla yanaşı, Kremlin nümayəndəsi, Ermənistan tərəfinin xahişi ilə rus sərhədçilərin İran və Türkiyə sərhədində qalacaqlarını deyib.

“Bəli, bu həqiqətən belədir. 2020-ci ilin payızında erməni tərəfinin xahişi ilə hərbçilərimiz və sərhədçilərimiz Ermənistanın bir sıra vilayətlərinə yerləşdirildi. Paşinyan, bu gün dəyişmiş şərtlərə görə belə bir ehtiyacın olmadığını dedi, bu səbəbdən prezident Putin razılaşdı və hərbçilərimizin və sərhədçilərimizin çıxarılması razılaşdırıldı” – deyə Peskov açıqlayıb.

Xatırladaq ki, dünən axşam Kremldə Vladimer Putin və Nikol Paşinyanın ikitərəfli görüşü keçirilib.