Vladimer Putin və Donald Trampın görüş tarixləri bugün bəlli olacaq
Vladimer Putin və Donald Trampın görüş tarixləri bugün bəlli olacaq

Vladimer Putin və Donald Trampın görüş tarixləri bugün bəlli olacaq.

Ona qədər isə, Donald Tramp bəyan etdi ki, rus həmkarı ilə görüş iyul ayında, onun Avropaya səfəri zaman baş tutacaq.

Medya Rusiya və ABŞ prezidentlərinin birgə sammitinin keçiriləcəyi yerin Avstriya və Finlyandiya olacağını ehtimal edir.

Britaniyanın The Times nəşriyyatı yazır ki, rəsmi London Putin və Trampın növbəti görüşməsindən dolayı narahatçılığını bildirir, çünki qorxur ki, ABŞ və Rusiya prezidentləri arasında “Sülh razılaşması” imzalanacaq və bu NATO və onun müttəfiq ölkələrinə mənfi təsir göstərəcək.

“Britaniyalı nazirlər hesab edirlər ki, əgər sammitdə Donald Trampı Avropa hərbi qüvvələrinə ABŞ-dan yardımı azaldmağa razı etsələr, bu Rusiya aqressiyası fonunda, NATO-nun müttəfiq ölkələrinin özünü müdafiyə qabiliyyətlərini azaldacaq və NATO-da krizisin yaranmasına səbəb olacaq” – yazır The Times.