Vladimer Putin və Aleksandr Lukaşenko Belorusiyadaki vəziyyət haqqında telefonla söhbət etdilər
Vladimer Putin və Aleksandr Lukaşenko Belorusiyadaki vəziyyət haqqında telefonla söhbət etdilər

Kremlin məlumatına görə, Rusiya və Belorusiya prezidentləri Vladimer Putin və Aleksandr Lukaşenko, telefon söhbəti zamanı Belorusiyadaki vəziyyəti müzakirə etdilər.

“Hər iki tərəf əmindir ki, seçkilərdən sonra yaranan problemlər həll olunacaq və əsas odur ki, ölkəyə zərər vermək istəyən destruktiv qüvvələr fürsətdən istifadə edə bilməsinlər”, – deyilir Kreml tərəfindən yayılan bəyanatda.

Kremldə qeyd edirlər ki, telefon söhbəti Belarus prezidentinin təşəbbüsü ilə baş tutdu.