Vladimer Putin Sankt-Peterburqda mağazada baş verən partlayışı terakt adlandırdı
Rusiyanın prezidenti Vladimer Putin Sankt-Peterburqda mağazada baş verən partlayışı terakt olaraq, dəyərləndirdi.
Bu barədə bəyanatı Putin Suriyə əməliyyatında iştirak edən hərbçilərin mükafatlandırma mərasimində verdi.
Sankt-Peterburqda, mağazada baş verən partlayış nəticəsində yaralanan altı nəfər ağır vəziyyətdə xəstəxanadadır. İnsindent zamanı tam olaraq, 13 nəfər zərər gördü.
Dekabrın 27-də axşam saatlarında, Sankt-Peterburqun mağazalarının birində partlayış baş verdi.
Partlayan maddə 200 qram trotil idi.