Vladimer Putin - Rusiya qlobal toqquşmanın qarşısını almaq üçün hər şeyi edəcək, lakin eyni zamanda heç kimin bizi təhdid etməsinə icazə verməyəcəyik
Vladimer Putin - Rusiya qlobal toqquşmanın qarşısını almaq üçün hər şeyi edəcək, lakin eyni zamanda heç kimin bizi təhdid etməsinə icazə verməyəcəyik

 
Rusiya qlobal toqquşmanın qarşısını almaq üçün hər şeyi edəcək, lakin eyni zamanda heç kimin bizi təhdid etməsinə icazə verməyəcəyik-bu haqda Rusiyanın Prezidenti Vladimer Putin Qırmızı Meydanda Qələbə Gününə həsr olunmuş paradda çıxışı zamanı deyib.

“Biz istənilən dövlət və ya ittifaqın müstəsnalıq iddialarını rədd edirik Bu cür sonsuz ambisiyaların hansı nəticəsinin olduğunu bilirik. Rusiya qlobal toqquşmanın qarşısını almaq üçün hər şeyi edəcək, lakin eyni zamanda heç kimin bizi təhdid etməsinə icazə verməyəcəyik. Strateji qüvvələrimiz hər zaman döyüşə hazır vəziyyətdədir” – Putin bildirib.

Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Kuba, Laos və Qvineya-Bisaunun liderləri Rusiyanın paytaxtında keçirilən parada qatılıb.