Vladimer Putin NATO-nun genişləndirilməsini yenə təhlükə adlandırdı
Rusiya prezidenti Vladimer Putin NATO-nun genişləndirilməsini yenə təhlükə olaraq, gördüyünü bəyan etdi.
Bu barədə bəyanatı Putin yüksək rütbəli hərbi şəxslərlə görüş zamanı verdi.
“Sovet İttifaqı artıq yoxdur. Varşava paktı da artıq yoxdur. NATO-ya qarşı yaradılan hərbi koalisiya da yoxdur, ancaq NATO hələdə var və genişlənməyə davam edir. NATO-nun genişlənməsi və hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxın yerləşdirilməsi isə, ölkəmiz üçün potensiyal təhlükədir.
Buna görə də, Rusiya öz hərbi silahlarının gücləndirilməsinə daha çox maddi resurs xərcləyəcək. Ancaq, biz yenə də NATO ilə bərabər dünya terorizminə qarşı mübarizədə əməkdaşlıq etməyə hazırıq,” – dedi Vladimer Putin.