Vladimer Putin Kursk vilayətində döyüş əməliyyatlarına görə evlərini tərk edənlərə 10 min rubl vəd edib
Vladimer Putin Kursk vilayətində döyüş əməliyyatlarına görə evlərini tərk edənlərə 10 min rubl vəd edib

 

Rusiyanın Prezidenti Vladimer Putin Kursk vilayətində döyüş əməliyyatlarına görə evlərini tərk edənlərə 10 min rubl vəd edib. Bu haqda Rusiyanın Prezidenti Kursk vilayətinin qubernatoru Aleksey Smirnovla video bağlantı zamanı bildirib.

“Çoz sayda vətəndaş müvəqqəti yerləşdirmə məntəqəsindədir, həm sənədləri də yoxdur. Biz, aydındır ki, hamıya kömək edirik, lakin eləcə də federal büdcə hesabına tədbirlərin görülməsi də planlaşdırılır” – Smirnov bildirib.

Buna cavab olaraq Putin federal yardım məsələsini artıq baş nazirlə müzakirə etdiyini qeyd edib.

“Ehtiyacı olan vətəndaşlara 10 min rubl məbləğində birdəfəlik ödəniş etmək haqda qərarın verildiyini hesab edək” – Putin bildirib.

Məlumat üçün bildirək ki, Kursk vilayətində cari hadisələrə ilk şərhini Rusiyanın Prezidenti avqustun 7-də verib və hadisəni “genişmiqyaslı təxribat” adlandırıb. Rəsmi məlumata əsasən, Kurskda üç gün davam edən döyüşlər zamanı dörd yerli sakin həlak olub. Döyüş əməliyyatları zonasından insanların təxliyə edildiyi barədə məlumatlar yayılır.