Vladimer Putin hesab edir ki, Dağlıq Qarabağ münaqişəsini əslində sülh yolu ilə də həll etmək olardı
Vladimer Putin hesab edir ki, Dağlıq Qarabağ münaqişəsini əslində sülh yolu ilə də həll etmək olardı

Rusiya prezidenti Vladimer Putin hesab edir ki, Dağlıq Qarabağ münaqişəsini əslində sülh yolu ilə də həll etmək olardı.

“Rusiya əlindən gələni edir ki, Cənubi Qafqazda münaqişə bacarıldığı qədər tez zamanda həll olunsun ki, bir-biri ilə qarşı duran hər iki tərəfdən insan həyatları qorunsun.

Təəssüf ki, onlar bir-birini sadəcə avtomat hədəfindən görürlər və məqsədə nail olmaq üçün sadəcə silahdan istifada etməyi tərcih edirlər. Halbuki, biz əminik ki, bu münaqişə sülh yolu ilə, qan tökülmədən də həll oluna bilərdi, – dedi Vladimer Putin.

Rusiya prezidenti qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədi ilə, bütün proses ərzində, necə Azərbaycan, eləcədə Ermənistan iqtidarları ilə daimi əlaqə saxlayır.