Vladimer Putin- Qazaxıstanda "Maydan" texnologiyalarına xas olan etirazın güc və informasiya dəstəyi elementləri aktiv şəkildə istifadə olunurdu
Rusiya prezidenti Vladimer Putin, KTMT qüvvələrinin Qazaxıstanda məhdud müddətə, Qazaxıstan prezidenti nə qədər zəruri hesab edərsə o qədər müddətə qalacağını bildirib. Onun sözlərinə görə, missiyanın başa çatmasından sonra bütün kontingent ölkəni tərk edəcək.
Rusiya prezidenti bu barədə KTMT -nin onlayn sammitində bildirib. Vladimer Putin Qazaxıstanda inkişaf edən hadisələri Qazaxıstana hücum və aqressiv akt olaraq qiymətləndirib.
“Qazaxıstanın dövlətçiliyinə təhdidin yanacağın qiyməti səbəbindən başladılmış etiraz mitinqləri ilə heç də yaranmadığını əksinə bu vəziyyətdən daxili və xarici destruktiv qüvvələrin istifadə etməsi ilə yarandığını başa düşürük. Qaz bazarındakı vəziyyətlə əlaqədar küçəyə axın edən insanların bir məqsədi var idi, əlinə silah alan və dövlətə hücum edənlər isə tamamilə başqa insanlardı və onların başqa hədəfləri olub. Bundan əlavə, “Maydan” texnologiyalarına xas olan etirazın güc və informasiya dəstəyi elementləri aktiv şəkildə istifadə olunurdu.
Yaxşı təşkil olunmuş və yaxşı idarə olunan silahlı qruplaşmalardan istifadə edilib” -deyə Putin bildirib.
Qazaxıstan prezidenti Ğasım-Jomart Tokayev öz növbəsində sammitdə çıxışı zamanı, etiraz aksiyalarını və iğtişaşları dövlət çevrilişinə cəhd adlandırıb və ölkədə konstitusiya intizamının bərpa olunduğunu bildirib.
Onun sözlərinə görə, yaxın gələcəkdə Qazaxıstan dünyaya ölkəyə qarşı “terror aqressiyası”- nın sübutlarını təqdim edəcək .
“Qazaxıstana qarşı aqressiyada terroristlərin , o cümlədən xarici döyüşçülərin iştirakını əminliklə elan edirəm”-deyə Tokayev bildirib.
Qazaxıstanda etiraz aksiyaları , maye qazın bahalaşması səbəbindən yanvarın 2-də başladı. Prezident tərəfindən hökumətin istefaya göndərilməsi və yanacağın qiymətinin dövlət tərəfindən tənzimlənəcəyi vədlərinə baxmayaraq, etiraz aksiyaları dayandırılmadı. Etirazçılar bir neçə şəhərə, o cümlədən Almatıdakı hökumət binalarına daxil oldular. Hökumət terrorçuların ölkədə hərəkət etdiyini iddia edir.