Vladimer Putin Fransa prezidenti ilə Belorusiyada yaranan vəziyyəti müzakirə etdi
Vladimer Putin Fransa prezidenti ilə Belorusiyada yaranan vəziyyəti müzakirə etdi

Rusiya prezidenti Vladimer Putin Fransa prezidenti Emanuel Makronla Belorusiyada yaranan vəziyyəti müzakirə etdi.

Bu haqda məlumatı Kremlin mətbuat xidməti yayır.

Kremlin məlumatına görə, Vladimer Putin və Emanuel Makron arasında telefon söhbəti Fransa tərəfinin təşəbbüsü ilə baş tutdu.

Vladimer Putin vurğuladı ki, Belorusiyanın işinə qarışmaq və onun iqtidarına təzyiq etməq qeyri-məqbuldur.

Kremlin bəyanatına görə, Rusiya və Fransa prezidentləri Libiyadaki vəziyyət haqqında da müzakirə apardılar.