Vladimer Putin Ermənistan və Azərbaycanın Xarici İşlər Nazirlərini oktyabrın 9-da Moskvaya konsultasiyalara dəvət etdi
Vladimer Putin Ermənistan və Azərbaycanın Xarici İşlər Nazirlərini oktyabrın 9-da Moskvaya konsultasiyalara dəvət etdi

Rusiya prezidenti Vladimer Putin Ermənistan və Azərbaycanın Xarici İşlər Nazirlərini oktyabrın 9-da Moskvaya məsləhətləşmələrə dəvət etdi.

Bu haqda məlumatı Kremlin mətbuat xidməti yayır.

Rusiya prezidentinin administrasiyasının məlumatına görə, məsləhətləşmələr əsirlər və cəsədlər məsələsi ilə bağlı olacaq.

Rusiya prezidenti tərəflərə müraciət edir ki, hərbi əməliyyatları dayandırsınlar.

Azərbaycan Respublikasının prezidenti İlham Əliev və Ermənistan Respublikasının baş-naziri Nikol Paşinyan ilə telefon söhbətləri seriyasından sonra, Rusiya Federasiyasının prezidenti  tərəflərə müraciət edir ki, Dağlıq Qarabağ münaqişə zonasında keçirilən hərbi əməliyyatları humanitar səbəblərə görə, həlak olanların cəsədlərinin və əsirlərin dəyişdirilməsi məqsədi ilə, dayandırsınlar.

Qeyd olunan məsələ ilə bağlı, konsultasiyaların keçirilməsi məqsədi ilə, Rusiya Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə, oktyabrın 9-da, Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirlərini Moskvaya dəvət edirik” –  deyilir Kremlin bəyanatında.

Bununla yanaşı, Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Bakı və Yerevan görüşdə iştirak edəcəklərini təsdiqləyiblər.