Vladimer Putin Çinə səfər edib
Vladimer Putin Çinə səfər edib

 
Rusiyanın Prezidenti Vladimer Putin Çinə səfər edib. Medianın qeyd etdiyi kimi, Çinin Prezidenti Si Dzinpin Putin üçün möhtəşəm qarşılanma mərasimi təşkil edib, bundan sonra da liderlər görüş keçiriblər.

Bu dəqiqələrdə Si Dzinpin və Vladimer Putinin mətbuat konfransı başlayır.

Putin Si Dzinpinlə birlikdə iki ölkənin tərəfdaşlığı, strateji əməkdaşlığı, aktual beynəlxalq və regional məsələləri müzakirə edəcəyi Çində iki gün qalacaq. Medianın verdiyi məlumatda, liderlərin həm də bir sıra birgə sənədlər imzalayacaqları deyilir.

Putin Çinə səfərindən əvvəl bu ölkənin mediasına verdiyi müsahibəsində Kremlin Ukraynada davam edən müharibə ilə bağlı danışıqlara hazır olduğunu demişdi.

“Biz Ukrayna ilə bağlı dialoqa açığıq, hərçənd oxşar danışıqlar münaqişədə iştirak edən bütün ölkələrin, o cümlədən bizim də maraqlarımızı nəzərə almalıdır” – Putin deyib.

Rusiyanın Prezidentinin qeyd etdiyi üzrə, onlar heç vaxt danışıqlardan imtina etməyiblər və Çinin Moskvaya öz ərazi nailiyyətlərini möhkəmləndirməyə imkan verəcək sülh planını tərifləyib.

“Çin sülhə nail olmaq üçün, öz maraqlarından və gərginliyi artırmaqdan çəkinməklə, həmçinin münaqişənin dünya iqtisadiyyatına mənfi təsirini minimuma endirən praktiki və konstruktiv addımlar təklif edir” – Putin bildirib.