Vladimer Putin - Biz düşməni öz ərazimizdən qovmalıyıq
Vladimer Putin - Biz düşməni öz ərazimizdən qovmalıyıq

 
Biz düşməni öz ərazimizdən qovmalıyıq – bu haqda Rusiyanın Prezidenti Vladimer Putin sərhədyanı bölgələrdə mövcud vəziyyətlə bağlı rəsmi şəxslərlə görüş zamanı bəyan edib.

Putin, müdafiə nazirinin əsas vəzifəsinin düşməni ərazidən çıxarmaq olduğunu bildirib.

Bununla yanaşı, Vladimer Putinin qeyd etdiyi kimi, Ukraynanın hücumunun motivi danışıqlar prosesində öz mövqeyini yaxşılaşdırmaq olub.

“Kiyev rejiminin bizim dinc həll planına qayıtmaq təkliflərimizdən, eləcə də maraqlı və neytral vasitəçilərin təkliflərindən niyə imtina etdiyi indi aydın olur. Görünür, düşmən qərbli ağalarının köməyi ilə onların istəyini həyata keçirir və Qərb ukraynalıların əli ilə bizimlə vuruşur. Hədəfi mülki əhali və mülki infrastruktur olan, atom elektrik stansiyalarını təhdid etməyə çalışan insanlarla hansı danışıqlarımız ola bilər, onlarla nə haqqında danışa bilərik? Bu cür hərəkətlər əsas hərbi məqsədə, belə ki qoşunlarımızın Luqansk və Donetsk Xalq Respublikalarının azad edilməsinə yönəlmiş hücumunun dayandırılmasına xidmət edir. Döyüş xəttində nə baş verir, nəticələr necədir ? Rusiyanın Silahlı Qüvvələrinin, könüllülərin və veteranların hücum əməliyyatlarının tempi nəinki yavaşladı, əksinə, 1,5 dəfə artdı. Silahlı qüvvələrimiz bütün cəbhə xətti boyunca irəliləyir. Ukrayna Silahlı Qüvvələri üçün itkilər, xüsusən də düşmənin sərhədimizə göndərdiyi ən qabiliyyətli birləşmələr arasında kəskin şəkildə artır. Düşmən, şübhəsiz ki, layiqli cavabını alacaq və şübhəsiz, biz bütün məqsədlərimizə nail olacağıq” – Putin bildirir.