Vladimer Putin - Bayden favoritimiz idi, onu seçki yarışından kənarlaşdırdılar, lakin o, bütün tərəfdarlarına Harrisi dəstəkləməyi məsləhət etdi, biz də belə edəcəyik və onu dəstəkləyəcəyik
Vladimer Putin - Bayden favoritimiz idi, onu seçki yarışından kənarlaşdırdılar, lakin o, bütün tərəfdarlarına Harrisi dəstəkləməyi məsləhət etdi, biz də belə edəcəyik və onu dəstəkləyəcəyik

 
Bayden favoritimiz idi, onu seçki yarışından kənarlaşdırdılar, lakin o, bütün tərəfdarlarına Harrisi dəstəkləməyi məsləhət etdi, biz də belə edəcəyik və onu dəstəkləyəcəyik – bu haqda Rusiyanın Prezidenti Vladimer Putin bildirib.

Putinə ABŞ seçkilərində favorit namizəd barədə sual ünvanlanıb və həmçinin ondan qalibi təbrik etmək üçün zəng edib-etməyəcəyi soruşulub.

“Təmaslardan imtina etməməyimizə baxmayaraq, uzun müddətdir Avropanın bəzi dövlətləri və ABŞ nümayəndələri ilə telefon danışığımız olmayıb. Bunu onlar məhdudlaşdırdılar, hərçənd müəyyən məlumatlar müxtəlif kanallarla, ilk növbədə, Xarici İşlər Nazirliyinin kanalları ilə mübadilə edilir. Favoritlərə gəlincə, bunu müəyyən etmək bizim işimiz deyil. Bu, Amerika xalqının seçimidir, lakin mən artıq dedim ki, bizim favoritimiz hazırkı prezident cənab Bayden idi, onu seçki yarışından kənarlaşdırdılar, lakin o, bütün tərəfdarlarına xanım Harrisi dəstəkləməyi məsləhət etdi. Biz də belə edəcəyik və onu dəstəkləyəcəyik. O, çox gülür və bu, hər şeyinin qaydasında olduğundan xəbər verir.

Tramp Rusiyaya qarşı ona qədər olan prezidentlərin heç birinin tətbiq etmədiyi qədər məhdudiyyət və sanksiya tətbiq etdi. Və əgər xanım Harrisdə hər şey qaydasındadırsa, bəlkə o, belə hərəkətlərdən çəkinər. Sonda Amerika xalqı seçim etməlidir və biz bu seçimə hörmətlə yanaşacağıq” – Putin bildirib.