Vladimer Konstantinidi - Sxinvali regionunun işğal xəttində "keçid məntəqələrinin" bağlanması işğal altındaki ərazilərdə yaşayan əhaliyi təcrid olunmuş vəziyyətdə saxlayır
Sxinvali regionunun işğal xəttində “keçid məntəqələrinin” bağlanması böyük narahatçılıq məsələsidir və işğal altındaki ərazilərdə yaşayan əhaliyi tamamən təcrid olunmuş vəziyyətdə saxlayır və humanitar krizis təhlükəsi yaradır, – bu barədə bəyanatı Gürcüstanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Vladimer Konstantinidi, işğal xəttinin yanında “keçid məntəqələrinin” bağlanması ilə bağlı verdi.
Onun dəyərləndirməsinə görə, işğal rejiminin qeyd olunan qanunsuz qərarı fundamental insan hüquqlarını kobud şəkildə pozur və yerli əhalinin öz bağ-bostanında azad hərəkət etməsinə mane olur.
Konstanidi deyir ki, belə hərəkətlər işğal rejiminin məqsədyönlü siyasətinin bir hissəsidir və müxtəlif aqressiv hərəkətlər və provokasiyalarla işğal rejimi vəziyyəti gərginləşdirməyə çalışır.