Vladimer Çaçibaia - Əsgərləri siyasi proseslərə qarışdırmaq cəhdi təhlükəli və anti-dövlət hərəkətdir
Siyasi məqsədlər üçün silahlı qüvvələrdən istifadə etmək silahlı qüvvələrin və ölkənin maraqlarına tamamilə ziddir, – bu barədə bəyanatı Gürcüstanın silahlı qüvvələrinin baş-qərargahının rəhbəri, general-mayor Vladimer Çaçibaia verdi.
Onun bəyanatına görə, Gürcüstanın silahlı qüvvələri siyasi baxımdan neytral olan bir dövlət institutudur, hansının əsas məqsədi ölkənin suverenliyini və müstəqilliyini qorumaqdır.
“Gürcüstanın Silahlı Qüvvələrinin adı ilə, müəyyən medya-vasitələrində verilən bəyanatlara səslənirik. Gürcüstanın silahlı qüvvələri siyasi baxımdan neytral olan bir dövlət institutudur, hansının əsas məqsədi ölkənin suverenliyini və müstəqilliyini qorumaqdır. Müvafiq olaraq da, gürcü əsgəri milli, dini mənsubiyyətindən və siyasi mövqeyindən asılı olmayaraq, hər bir vətəndaşa aiddir.
Prezident seçkilərinə gəlincə isə, Silahlı Qüvvələrinin əsgərləri öz siyasi mövqelərini seçki qutularının yanında bildirə bilərlər.
Seçki kampaniyasına qoşulan sabiq hərbi xidmətçilərə müraciət etmək istəyirəm ki, əsgəri siyasi proseslərə qarışdırmaq cəhdi çox təhlükəli və anti-dövlət hərəkətidir” – dedi Vladimer Çaçibaia.