Vladimer Bortsvadze - İşğal qüvvələrinin nümayəndələri bəyan etdilər ki, onlar bizimlə ultimatum dilində danışmağı düşünmürlər
Vladimer Bortsvadze - İşğal qüvvələrinin nümayəndələri bəyan etdilər ki, onlar bizimlə ultimatum dilində danışmağı düşünmürlər

İşğal qüvvələrinin nümayəndələri bəyan etdilər ki, onlar bizimlə ultimatum dilində danışmağı düşünmürlər, – bu barədə Gürcüstanın Daxili İşlər Nazirinin müavini Vladimer Bortsvadze Çorçona kəndinin yanında keçirilən görüşdən sonra verdi.

Bortsvadzenin dediyinə görə, bugünki görüşdə söhbət konstruktiv, sakit rejimdə keçirildi.

“Bugünki görüşdə bir neçə məsələ haqqında söhbət edildi. İlk və əsəs mövzu o oldu ki, işğal qüvvələrinin nümayəndələri bəyan etdilər ki, onlar bizimlə ultimatum dilində danışmağı düşünmürdülər və sədəcə olaraq, jurnalistlər tərəfindən onların sözlərinə yanlış interpretasiya verildi.

Onlar bizə dedilər ki, blok-postun Çorçonada yerləşməsi əhali arasında naratçılığa səbəb oldu, biz isə, qarşı tərəfə izah etdik ki, o blok-postun orada yerləşməsi sadəcə olaraq, təhlükəsizliyin qorunması məqsədini daşıyır” – dedi Bortsvadze.

Onun dediyinə görə, Sxinvali işğal qüvvələrinin nümayəndələrinə izah edildi ki, polisin sərhəddə olmasının tək məqsədi təhlükəsizliyin qorunmasıdır.