"Vizear" Gürcüstan və Avropa arasında birbaşa reqular uçuşları bərpa etdi
"Vizear" Gürcüstan və Avropa arasında birbaşa reqular uçuşları bərpa etdi

Kutaisinin yeniləşdirilmiş Beynəlxalq Aeroportu sərnişinlər üçün açıldı.

“Gürcüstan Aeroportlar Birliyinin” məlumatına əsasən, üç aylıq fasilədən sonra, “Vizear” (Wizzair) aviaşirkəti Gürcüstan və Avropa arasında birbaşa reqular uçuşlarını bərpa etdi.

Elə onların məlumatına görə, gecə, pandemiyadan sonra, Vilnüsdən Kutaisi istiqamətinə ilk reqular uçuş yerinə yetirildi.

“Yeniləşdirilmiş aeroportda reysi İmereti qubernatoru, Kutaisi meri, Gürcüstan Aeroportlar Birliyininin direktoru və yerli rəhbərliyin baş nümayəndələri qarşıladılar. İlk reysin sərnişinlərinə Gürcüstan Aeroportlar Birliyininin təşkilatçılığı ilə, ənənəvi rəmzi hədiyyələr verildi. Kutaisi Aeroportunun terminalı dörd dəfə genişləndirildi, ümumilikdə 30 min kvadratlıq vahid məkan yaradıladı – ümumi uçuş və eniş zalları. May ayından “Vizear” (Wizzair) aviaşirkəti Riqa və Dortmund istiqamətinə reyslər artırır. Həmçinin 2 maydan aeroportda yeni, qazax kiçik büdcəli “FlyArystan” aviaşirkəti fəaliyyətə başlayacaq və birbaşa reqular reyslərini üç istiqamətə yerinə yetirəcək”, – Məlumatda deyilir.