“Bugünki fövqəladə iclasda müzakirə etdik və qərar verdik ki, şengen zonasına qeyri qanuni şəkildə daxil olan və orada gərəkdiyi kimi hərəkət etməyən Gürcüstan vətəndaşları üçün sanksiyalar qoyulacaq ki, uzun zaman nail olmaq istədiyimiz müvəffəqiyyətimizi qoruya bilək” – bu bəyanatı Ədliyyə Naziri Tea Tsulukiani bugünki fövqəladə iclasdan sonra verdi.
“Bizim borcumuzdur ki, illərdir gözlədiyimiz viza-liberalizasiya vəziyyətimizi qoruyaq və şenqen zonasında xoşa gəlməz şəkildə hərəkət edən bir çox vətəndaşlarımızın qeyri-qanuni şəkildə davranmasına, qanun çərçivəsində mane olaq” – dedi Tsulukiani.
Bugün keçirilən fövqəladə iclasda nazirlər kabineti tam tərkibi ilə iştirak etdi.
Fövqəladə iclası baş nazir Giorgi Kvirikaşvili çağırdı.