Vizasız Avropanın bir ili

Gürcüstandan, Kutaisi Beynəlxalq Hava limanından Avrozonaya, Budapeştə ilk vizasız uçuşun həyata keçirilməsindən tam bir il keçdi.

Həmin reyslə 176 nəfər uçdu.

Bugün Şengen zonasındaki ölkələrə vizasız minlərlə insan səyahət edir.

Vizaların liberalizasiya prosesi Gürcüstan üçün asan olmayıb və tam beş il davam etdi.

Avrokomisya təsdiqlədi ki, Gürcüstan bütün tələbləri nəzərə aldı və Avropa zonasına vizasız səyahət üçün bütün meyarları qane etdi.

Ancaq, Suriyədə mövcud olan vəziyyət və Avropaya gedən minlərlə qaçqına görə, bu proses yenə uzanırdı.

Bir çox skeptiklər düşünürdülər ki, bu məsələ ilə bağlı danışıqlar qeyri-müəyyən vaxt ilə dondurula bilərdi.

2016-cı ildə proses irəli getdi.

Gürcüstan və Avropa İttifaqı ilə daşıqılar 9 ay davam etdi və 2016-ci ilin dekabr ayında son qərar verildi.

2016-cı ilin fevralın 2-də Gürcüstan məsələləri üzrə çalışan Bolqariyalı avroparlamentar Maria Qabriel Avroparlament qarşısında çıxış etdi.

Ondan sonra səs vermə keçirildi və Gürcüstanın leyhinə 533, aləyhinə isə 66 səs-lə, (28 nəfər səs vermədən baş qaçırtdı) tarixi qərar alındı.