"Vivamed"in həkimi - toksikoloji göstəricilərimizlə Mixeil Saakaşvilinin zəhərləndiyi təsdiqini tapmayıb
Toksikoloji göstəricilərimizlə Mixeil Saakaşvilinin zəhərləndiyi təsdiqini tapmayıb -bu barədə “Vivamed” klinikasının nevroloqu Tamar Abaşidze şəhər məhkəməsində Saakaşvilinin cəzasının təxirə salınması üzrə prosesdə dindirildikdən sonra jurnalistlərə açıqlayıb.
Saakaşvilinin səhhətindən danışan Tamar Abaşidze onu da qeyd edib ki, nevroloji baxımdan mənfi dinamika mövcuddur.
“Mən artıq məhkəmədə danışdım və hamı eşitdi ki, söhbət xəstənin ilkin vəziyyətindən, dinamikasından və hazırkı vəziyyətindən gedir. Artıq keçdiyimiz məsələlərlə bağlı – hansı müalicələr aparılıb, laboratoriya, instrumental tədqiqatlar, hansı növ məsləhətləşmələr aparılıb. Həqiqətən çox iş görülüb və bu haqda danışılıb. Toksikoloji tədqiqatın aparılması tədqiqatın formatı idi. Qoyulan diaqnozlardan biri dərin tədqiqatların aparılmasını tələb edirdi. Bu format toksikoloji tədqiqatı da əhatə edirdi. Apardığımız tədqiqatlar bizə heç bir müsbət göstərici vermədi. Axtardığımız məlumatlarla bizdə zəhərlənməni təsdiqləyən heç bir laboratoriya nəticəsi yoxdur. Nevroloji baxımdan mənfi dinamika mövcuddur. Mən həkiməm, artıq həkimliyim onun mənafeyini qorumaq deməkdir. Ona görə də mən yalnız daha yaxşı olacağı yerdə alqışlayıram. Toksikoloji göstəricilərimizlə zəhərlənmə təsdiqini tapmayıb” – deyə Tamar Abaşidze açıqlayıb.