Vitse baş nazir Levan Davitaşvili Beynəlxalq Valyuta Fondunun missiyasının rəhbəri Ceyms Con ilə görüşüb
Vitse baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Beynəlxalq Valyuta Fondunun missiyasının rəhbəri Ceyms Con və missiya üzvləri ilə görüşüb. Görüşdə həmçinin nazir müavini Romeo Mikautadze, Beynəlxalq Valyuta Fondunun Gürcüstan üzrə nümayəndəsi Selim Şekir və başqaları iştirak ediblər.
Görüşdə Gürcüstanın iqtisadi tendensiyaları , cari və gələcək islahatlar, makroiqtisadi göstəricilər və proqnozlar müzakirə olunub. Energetika sektorunda cari hadisələrə, o cümlədən energetika sahəsinə investisiyaların cəlb edilməsinə, yeni güclərin işə salınmasına və ölkənin enerji təhlükəsizliyinin keyfiyyətinin artırılmasına kömək edəcək sektorun inkişafının yeni dəstək sxeminə xüsusi diqqət yetirilib.
Qeyd olunub ki, BVF-nin proqnozuna əsasən, çağırışlara baxmayaraq, Gürcüstan ortamüddətli perspektivdə region ölkələri arasında yüksək iqtisadi artımı qoruyub saxlayır ki, bu da infrastruktur xərcləri, birbaşa xarici investisiyaların axını və struktur islahatları ilə əlaqəlidir.
Gürcüstan hökumətinin iqtisadi sabitliyə, biznesə dəstək və inklüziv sosial siyasət yürütməyə yönəlmiş iqtisadi siyasətinin ardıcıllığı vurğulanıb.
Bu barədə məlumatı İqtisadiyyat Nazirliyinin mətbuat xidməti yayır.