Viola Von Kramon - Salome Zurabişvili, Brüsseldə çıxış edəndə Nika Qvaramianı əfv edəcəyi haqqında məlumat aldım, biz bunu gizli saxlayırdıq
Bu, prezidentin həqiqətən də cəsarətli qərarı idi və düzünü desəm, mən bu barədə əvvəlcədən bilirdim, – Avropa Parlamentinin üzvü Viola Von Kramon Nika Qvaramianın əfv olunması barədə danışarkən deyib.
Avropa Parlamentinin deputatının “Mtavari Arxi”yə müsahibəsində qeyd etdiyi kimi, o, prezidentin Nika Qvaramianı əfv etməyə hazırlaşdığını Salome Zurabişvilinin Brüsseldə çıxışı zamanı öyrənib.
“İlk növbədə, sizi və bütün komandanızı bu həqiqətən yaxşı qərara görə təbrik edirəm. Bu, prezidentin həqiqətən də cəsarətli qərarı idi və düzünü desəm, bu barədə əvvəlcədən məlumatım var idi. O, Brüsseldə çıxış edəndə mənə xəbər verdilər ki, o, Nikanı əfv edəcək. Biz bunu gizli saxlayırdıq və dünən sizi xoşbəxt görməyə çox sevindim.
Bu, həqiqətən də yaxşı və müsbət qərardır. Ümid edirəm ki, oxşar addımlar, xüsusən də Avropa Komissiyasının müəyyən etdiyi prioritetlərin yerinə yetirilməsi baxımından davam edəcək və bu dəfə komissiya Avropa İttifaqına üzv dövlətlərə Gürcüstana namizəd statusunun verilməsini təklif edəcək” – deyə Viola Von Kramon bildirib.
Gürcüstan Prezidenti Salome Zurabişvili dünən Nika Qvaramianı əfv edib.