Viola fon Kramon - Saakaşvili də daxil olmaqla bütün məhbusların rifahı Gürcüstan hökumətinin məsuliyyətidir
Avropa Parlamentinin deputatı Viola fon Kramon öz “Twitter” səhifəsində Mixeil Saakaşvili ilə görüş zamanı çəkilmiş şəkli və bu gün məhkəmə prosesi zamanı çəkilmiş şəkli dərc edir.
“Sonuncu dəfə Mixeil Saakaşvili ilə görüşəndə o, sağlam insan idi. Gürcüstan həbsxanasında bir ildən çox yatdıqdan sonra o, indi belə görünür. Saakaşvili də daxil olmaqla bütün məhbusların rifahı Gürcüstan hökumətinin məsuliyyətidir” – deyə avropalı parlamentari “Twitter” səhifəsində yazır.