Viola Fon Kramon - Nəhayət, Gürcüstandan xoş xəbər, prezident Salome Zurabişviliyə təşəkkürlər
Viola Fon Kramon - Nəhayət, Gürcüstandan xoş xəbər, prezident Salome Zurabişviliyə təşəkkürlər

Avropa parlamentarisi Viola Fon Kramon Gürcüstan prezidenti Salome Zurabişvilinin Lazare Qriqoriadisin əfv olunması ilə bağlı qərarına münasibət bildirib.

“Nəhayət, Gürcüstandan xoş xəbər, bu qərara görə prezident Salome Zurabişviliyə təşəkkür edirəm”, -deyə Kramon yazıb.

Bu gün məhkəmə 2023-cü il martın 7, 8, 9-da Tbilisidə keçirilən aksiyalar zamanı polislərə hücum etməkdə və əmlaka ziyan vurmaqda təqsirləndirilən Lazare Qriqoriadisi 9 il müddətinə azadlıqdan məhrum edib. Bu gün prezident Salome Zurabişvili hələlik qərarı imzalamasa da, Lazare Qriqoriadisi əfv etdiyini bildirib.