Viola fon Kramon - Gürcüstana demək istəyirik ki, biz hakimiyyətlə və parlamentdəki gürcü həmkarlarımızla sıx əməkdaşlıqda çox maraqlıyıq
Altı həmkarımızla birlikdə və komitənin sədri Devid Makalisterin rəhbərliyi ilə biz Gürcüstana səfər edəcəyik. Bu, Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin Bakı, Tbilisi və İrəvandakı missiyası olacaq -bu barədə Avropa Parlamentinin üzvü Viola fon Kramon “Xronika”ya bildirib.
Kramonun sözlərinə görə, onlar Gürcüstana , hakimiyyət və parlamentdəki gürcü həmkarları ilə sıx əməkdaşlıqda çox maraqlı olduqlarını demək istəyirlər.
“Biz Gürcüstana demək istəyirik ki, biz hakimiyyətlə, parlamentdəki gürcü həmkarlarla sıx əməkdaşlıqda çox maraqlıyıq. Masada çoxlu ümumi təşəbbüslər var. 12 şərtin yerinə yetirilməsi üçün hakim partiyanın təqdim etdiyi 12 bəndlik planla maraqlanırıq. Biz bu şərtlərin yerinə yetirildiyini görmək istəyirik. Şarl Mişelin sənədi , eləcə də Jan Monenin dialoqu bizim üçün hələ də əsas sənəddir” -deyə Kramon bildirib.