Viola fon Kramon - biz Gürcüstana kimisə müharibəyə sürükləmək üçün gəlməmişik, əksinə, ölkənizi Avropa İttifaqına doğru düzgün yolda görmək istəyirik
Viola fon Kramon - biz Gürcüstana kimisə müharibəyə sürükləmək üçün gəlməmişik, əksinə, ölkənizi Avropa İttifaqına doğru düzgün yolda görmək istəyirik

 

Biz Avropa Parlamentinin üzvləri olaraq sizin ölkənizin, Gürcüstanın böyük dostlarıyıq, vətəndaşların və onların Avropa İttifaqına yaxınlaşmaq istəyinin tərəfdarıyıq. Biz bununla tam razıyıq, lakin ondan əvvəl müəyyən meyarlar var və bu meyarlar açıq şəkildə masada təqdim olunub. Biz hamımız ölkənizə şəxsi, siyasi, eləcə də maliyyə investisiyası qoymuşuq və bu investisiyanın geri dönüşünü görmək istəyirik -bu barədə Gürcüstanda olan avropalı parlamentari Viola von Kramon bildirib.

O, aprelin 19-da Şarl Mişelin sənədində razılaşdırılmış məsələlərin masada qaldığını və bunun Avropa İttifaqı ilə Gürcüstan arasında gələcək münasibətlərin əsası olmasını görmək istədiklərini bildirib.

“Avropa İttifaqı adından sədr və məruzəçi ən vacib məsələləri qeyd etdilər. Fikrimcə, biz Avropa Parlamenti ən çox dəstək verən qurumuq. Biz burada kimisə müharibəyə sürükləmək üçün deyilik, əksinə. Biz ölkənizi Avropa İttifaqına doğru düzgün yolda görmək istəyirik” – deyə Viola fon Kramon bildirib.

Bununla yanaşı, Viola fon Kramona müxalifətin rekomendasiyaların yerinə yetirilməsi prosesinə qoşulmaması faktının nə dərəcədə düzgün olması ilə bağlı sual ünvanlanıb, avropalı parlamentarinin bu suala cavabı belə olub :”Hansı tərəfdə olmalarından asılı olmayaraq, bütün siyasi partiyalara müraciət etmək istəyirik.Fikrimcə bunu başa düşməlidirlər. Əgər “yox” desəniz, əlbəttə ki, bu, inkluziv ola bilməz və məhz buna görə də biz onların ən azı konstruktiv olmağa çalışdıqlarını və olduqlarını görmək istəyirik”.