Viola fon Kramon - azadlıq uğrunda mübarizə aparan cəsur xalqın yanındayıq
Viola fon Kramon - azadlıq uğrunda mübarizə aparan cəsur xalqın yanındayıq

 

Avropalı parlamentari Viola fon Kramon Rustaveli prospektində Gürcüstan parlamentinin ərazisində keçirilən aksiyada baş verən hadisələrə münasibət bildirib.

Viola fon Kramonun “Twitter” sosial şəbəkəsində yazdığı kimi, onlar azadlıq uğrunda mübarizə aparan xalqın yanında dayanırlar.

“Gürcüstan hökuməti Gürcüstana xəyanət etdi. Konstitusiyasına, Avropa gələcəyinə, xalqına xəyanət etdi. Biz öz azadlığı uğrunda mübarizə aparan, “rus dünyası”nın üzvü olmaq istəməyən cəsur xalqın yanındayıq. Rus qanununa yox”-deyə Viola fon Kramon yazır.