Viola fon Kramon - Avropa İttifaqı Gürcüstana namizəd statusu verərsə, bu gürcü xalqının buna layiq olduğu və geosiyasi məntiqin bunu tələb etdiyinə görə baş verəcək
Avropa İttifaqı Gürcüstana namizəd statusu verərsə, bu gürcü xalqının buna layiq olduğu və geosiyasi məntiqin bunu tələb etdiyinə görə baş verəcək- bu barədə avropalı parlamentari Viola fon Kramon sosial şəbəkədə yazır.
“Avropa İttifaqı Gürcüstana namizəd statusu verərsə, bu, hökumət və hakim partiyanın Avropa İttifaqının Gürcüstana verdiyi bütün prioritetləri yerinə yetirdiyi üçün deyil, gürcü xalqının buna layiq olduğu və geosiyasi məntiqin bunu tələb etdiyi üçün baş verəcək” -deyə Viola fon Kramon “Twitter”də yazır.
Avropalı parlamentari “Twitter”də Tbilisi meri Kaxa Kaladzenin “Əgər bizə namizəd statusu versələr, şad olacağıq, lakin verilməsə bu da problem deyil” -deyə verdiyi bəyanatı ilə bağlı Elene Xoştarianın “tvit”ini yayır.