Gürcüstan Prezidenti Salome Zurabişvilinin bu gün Vilnüsdə prezident sarayında rəsmi qarşılanma mərasimi keçirilib.
Mərasim çərçivəsində Gürcüstanın və Litvanın himnləri səsləndirilib, prezidentlər Litva və Gürcüstanın dövlət bayraqlarına ehtiramlarını ifadə ediblər.
Gürcüstan Prezidenti Qitanas Nausedaya onu müşayiət edən nümayəndə heyətinin üzvlərini təqdim edib.
Rəsmi qarşılanma mərasimindən sonra Gürcüstan Prezidenti fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
“Gürcüstanın Prezidenti kimi Litvaya yenidən gəlmək mənim üçün böyük şərəfdir. Bu rəsmi səfər biz iki böyük xalqı birləşdirən dərin dostluq münasibətlərini bir daha vurğulayır. Gürcü xalqı adından Litvaya Gürcüstana göstərdiyi qəti dəstəyə görə ürəkdən minnətdarlığımı bildirmək istəyirəm və ümid edirəm ki, güclü tərəfdaşlığımız daha uzun illər davam edəcək”- deyə Salome Zurabişvili açıqlayıb.
Gürcüstanın rəsmi nümayəndə heyətinə daxildir : Gürcüstan parlamentinin deputatları Aleksandre Elisaşvili və Teona Akubardia, Gürcüstan Prezident Administrasiyasının rəhbəri Natia Sulava, Gürcüstan Prezidentinin beynəlxalq təşkilatlarla əlaqələr və sosial-iqtisadi məsələlər üzrə müşaviri Ketevan Tatoşvili.
Məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayır.