Vilnüsdə Gürcüstan və Latviya ikitərəfli iqtisadi komissiyasının iclası keçirilib
Litvanın paytaxtı Vilnüsdə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və Litvanın iqtisadiyyat və innovasiya naziri Auşrine Armonaite, ikitərəfli hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının həmsədrləri səviyyəsində komissiyanın üçüncü iclasının protokolunu imzalayıblar. Protokolda ikitərəfli iqtisadi əməkdaşlığın prioritet istiqamətləri öz əksini tapıb.
Vitse baş nazir Levan Davitaşvili Litva ilə hökumətlərarası iqtisadi komissiyanın iclasının son 7 ildə ilk dəfə keçirildiyini və onun uğurla başa çatdığını bildirib.
“Gürcüstan və Litvanın ümumi cəhətləri çoxdur, ölkələrimizin gündəliyi çox vaxt üst-üstə düşür. Onun səmərəli həyata keçirilməsində əməkdaşlığımızın alternativi təbii ki, yoxdur. Komissiyanın iclasında biz nəqliyyat, energetika, turizm, ticarət, kənd təsərrüfatı, innovasiyalar, telekommunikasiya kimi mühüm istiqamətləri müzakirə etdik. Gürcüstan və Litvanın bütün bu istiqamətlər üzrə yazılı gündəliyi var. Komissiyanın iclasında iki ölkə arasında beynəlxalq formatda olduqca yaxşı siyasi əməkdaşlıq da vurğulanıb. Litva və Gürcüstan beynəlxalq təşkilatlarda bütün istiqamətlərdə bir-birini dəstəkləyir və bu dəstək gələcəkdə də davam etməlidir” -deyə vitse baş nazir açıqlayır.
Levan Davitaşvili Gürcüstanın Avrointeqrasiya prosesində Litvanın dəstəyinin vacib olduğunu bildirir. Bundan əlavə, vitse baş nazir litvalı ekspertlərin inkişaf proqramlarına cəlb edilməsinə və bu ölkənin Avropaya inteqrasiyasına kömək edən uğurlu təcrübəsinin paylaşılmasına diqqət yetirib.
“Əminəm ki, komissiya iki ölkənin biznesi üçün konkret nəticələr verəcək və bu, iqtisadi əməkdaşlığı aktivləşdirəcək. Litvadan Gürcüstan bazarına “Girteka” kimi mühüm şirkət – logistika nəhəngi və bu sahədə aparıcı Avropa şirkətlərindən biri daxil olub. “Girteka” Gürcüstanda fəaliyyətə başlayacaq və bir neçə yüz nəfəri işlə təmin edəcək. Bu şirkətin daxil olması Gürcüstanın logistik potensialının inkişafına töhfə verəcək. Üstəlik, əminik ki, 2023-cü ildən Litvanın digər uğurlu innovativ şirkətləri də Gürcüstan bazarına daxil olacaq”- deyə vitse baş nazir açıqlayıb.
Vitse baş nazirin Litvaya işgüzar səfəri çərçivəsində Litvanın iqtisadiyyat və innovasiyalar naziri ilə də təkbətək görüşü olub.
Məlumatı İqtisadiyyat Nazirliyinin mətbuat xidməti yayır.