Viktor Orban- Gürcüstan yaxşı ölkədir, yaxşı vəziyyətdədir və namizəd statusu almağa hazırdır
Gürcüstan yaxşı ölkədir, yaxşı vəziyyətdədir, namizəd statusu almağa hazırdır – Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının Xarici İşlər Nazirləri iclası başlamazdan əvvəl bildirib.
“Gürcüstan yaxşı ölkədir. Əla vəziyyətdədir. O, üzvlük üçün namizəd statusu almağa hazırdır. Bu gün biz mətni hazırlayacağıq və ümid edirəm ki, müzakirələrin nəticələrində Gürcüstan Avropa İttifaqının gələcək üzvü kimi qeyd olunacaq”, – Viktor Orban bildirib.