Viktor Orban Ukraynaya gedib
Viktor Orban Ukraynaya gedib

 
Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın paytaxtı Kiyevə gedib. Bu, Orbanın 2012-ci ildən sonra Ukraynaya ilk səfəridir.

Ukrayna mediasının məlumatında, Macarıstanın Baş nazirinin kortejinin hava limanından birbaşa Macarıstanın Kiyevdəki səfirliyinə getdiyi deyilir.

Bu gün Ukraynanın Prezidenti Volodimir Zelenski ilə görüş planlaşdırılır. Keçən həftənin sonunda Orban və Zelenski Brüsseldə, Avropa İttifaqının liderlərinin sammiti çərçivəsində görüşdülər.

Xatırladaq ki, iyulun 1-dən Macarıstan Avropa İttifaqı Şurasına altı aylıq sədrliyi üzərinə götürüb.