Viktor Orban – Tramp ABŞ-da hakimiyyətə qayıtsa, biz şampan açacağıq
Macarıstanın baş naziri Viktor Orban Avropa Parlamentində keçirdiyi mətbuat konfransında bildirib ki, Donald Tramp ABŞ-da hakimiyyətə qayıdarsa, biz bir neçə şüşə şampan açacağıq.
Orban bir daha ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampı dəstəklədiyini bildirib.
Macarıstanın baş nazirinin sözlərinə görə, Tramp qalib gələrsə, andiçmə mərasimindən əvvəl Ukraynada sülhün bərqərar olması üçün işə başlayacaq.
“Bu, dərhal qüvvəyə minəcək, ona görə də biz Avropa liderləri olaraq vaxt itirməməliyik. Bizim vaxtımız olmayacaq. Ona görə də biz intellektual, fəlsəfi, sonra isə strateji hərəkət etməliyik”. – Orban bildirib.
Bundan əvvəl Macarıstanın xarici işlər naziri bildirib ki, Donald Tramp ABŞ-da keçirilən prezident seçkilərində qalib gələrsə, Ukraynada “sülh şansı” arta bilər.