Viktor Orban - Macarıstan, Rumıniya, Gürcüstan və Azərbaycanı birləşdirən dünyada ən uzun sualtı elektrik ötürücü xəttin tikintisinə dair böyük müqavilə imzalandı
Macarıstan, Rumıniya, Gürcüstan və Azərbaycanı birləşdirən dünyada ən uzun sualtı elektrik ötürücü xəttin tikintisinə dair böyük müqavilə imzalandı-bu barədə Macarıstanın Baş naziri Viktor Orban “Twitter” sosial şəbəkəsində yazır.
Viktor Orban əlaqənin enerji böhranının həlli olduğunu bildirib.
“Təcriddən fərqli olaraq, əlaqə enerji böhranının həllidir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili, Rumıniya Prezidenti Klaus İohannis və Avropa Komissiyasının Prezidenti Ursula fon der Laien ilə Macarıstan, Rumıniya, Gürcüstan və Azərbaycanı birləşdirən dünyada ən uzun sualtı elektrik ötürücü xəttin tikintisinə dair çox böyük saziş imzalandı”-deyə Viktor Orban yazır.