Viktor Orban - Kiyevdə idim, indi Moskvadayam, mövqelər bir-birindən uzaqdır, müharibənin başa çatması məqsədinə yaxınlaşmaq üçün çoxlu addımlar atılmalıdır, bu istiqamətdə fəaliyyətimi davam etdirəcəyəm

Macarıstanın Baş naziri Viktor Orban Rusiya prezidenti Vladimir Putinlə görüşdükdən sonra bildirib ki, sülhə nail olmaq üçün Rusiya və Ukrayna ilə işləməyə davam edəcək.

Orbanın söylədiyinə görə, o, Avropanın sülhə ehtiyacı olduğu bir vaxtda Vladimir Putinlə danışıqlar aparıb.

“Mən Kiyevdə idim, indi Moskvadayam, təcrübədən anladım ki, mövqelər bir-birindən çox uzaqdır. Müharibənin başa çatması məqsədinə yaxınlaşmaq üçün atılması lazım olan bir çox addımlar var, hərçənd, biz ən mühüm addımı atdıq – təmas qurduq. Bu istiqamətdə fəaliyyətimi davam etdirəcəyəm”, – Viktor Orban qeyd edib.

Macarıstanın Baş naziri Viktor Orban bu gün Moskvaya gəlib. Macarıstanın xarici işlər naziri Piter Siyarto da Moskvadadır.