Viktor Orban - "Avropa Xalq Partiyası" sosialistlər və liberallarla birləşib, onlar sövdələşiblər və Avropa İttifaqının aparıcı postlarını öz aralarında bölüşdürüblər, Avropa xalqının iradəsinə məhəl qoyulmadı
Viktor Orban - "Avropa Xalq Partiyası" sosialistlər və liberallarla birləşib, onlar sövdələşiblər və Avropa İttifaqının aparıcı postlarını öz aralarında bölüşdürüblər, Avropa xalqının iradəsinə məhəl qoyulmadı

 
Bu gün Brüsseldə Avropa xalqının iradəsinə məhəl qoyulmadı – Macarıstanın Baş naziri Viktor Orban X sosial şəbəkəsində Avropa İttifaqının liderlərinin aparıcı postlar üzrə namizədlərin razılaşdırılması haqda görüşünə belə münasibət bildirib.

“Bu gün Brüsseldə Avropa xalqının iradəsinə məhəl qoyulmadı. Avropa seçkilərinin nəticəsi aydındır: sağçı partiyalar güclənib, solçular və liberallar mövqelərini itiriblər. “Avropa Xalq Partiyası” seçiciləri dinləmək əvəzinə, son olaraq, sosialistlər və liberallarla birləşib: bu gün onlar sövdələşiblər və Avropa İttifaqının aparıcı postlarını öz aralarında bölüşdürüblər. Onlar reallığa məhəl qoymurlar, Avropa seçkilərinin nəticələrinə və Avropa xalqının iradəsinə məhəl qoymurlar.

Biz sadəlövh olmamalıyıq: onlar miqrasiyanı dəstəkləməyə davam edəcək və Rusiya-Ukrayna müharibəsinə daha çox pul və silah göndərəcəklər. Biz buna uymayacağıq! Biz Avropanın sağçı qüvvələrini birləşdirib miqrasiyaya və müharibəyə dəstək verən bürokratlara qarşı mübarizə aparacağıq”- Orban yazır.

Xatırladaq ki, dünən Brüsseldə keçirilən qeyri-rəsmi görüşdə Avropa İttifaqının liderləri yeni liderlərin namizədliyi ilə bağlı konsensusa nail ola bilməyiblər.