Viktor Orban - Angela Merkel kansler olsaydı, Putin müharibəyə başlamazdı
Viktor Orban - Angela Merkel kansler olsaydı, Putin müharibəyə başlamazdı

Macarıstanın Baş naziri Viktor Orban deyir ki, dünyada Rusiya haqqında macarlardan və özündən daha çox bilən çox az adam var. Bu barədə Orban “Bild”ə müsahibəsində danışıb.

“Mən bilirəm ki, ruslar bizdən fərqlənirlər, onların fərqli instinktləri və baxışları var. Onların fərqli mədəniyyəti, fərqli azadlıq anlayışı və fərqli milli suverenlik anlayışı var. Merkel onları tanıyırdı. O, kansler olsaydı, Putin bu müharibəyə başlamazdı. “O, Rusiyadakı liberal demokratiyanı və Qərb insanlarının axmaq yanaşmalarını başa düşmürdü”, – Macarıstanın Baş naziri bildirdi.