Vika Filfani: Mandat cinayət törətmək üçün indulgensiya deyil; idman titulları da zorakılıq üçün icazə deyil, yüksək vəzifəlilərin cəzasız qalması sistemli cəzasızlığı təşviq edir

14:46, 29.06.2026

Vika Filfani: “Zorakılıq o vaxta qədər sistemli olacaq ki, ona görə məsul olan insanlar və strukturlar cəzalandırılmasın”

“Zorakılıq o vaxta qədər sistemli olacaq ki, ona görə məsul olan insanlar və strukturların özləri cəzalandırılmasın”, – bu barədə “Gürcüstan üçün Qaxaria” partiyasının üzvü, deputat Vika Filfani sosial şəbəkədə yazıb.

“26 iyunda Gürcüstanın baş naziri, baş prokuroru və daxili işlər nazirinin gözü qarşısında Gürcüstan parlamentinin üzvlərinə əvvəlcədən planlaşdırılmış, təşkil olunmuş, qrup halında hücum baş verib və buna hələlik heç bir reaksiya verilməyib.

Zorakılıq o vaxta qədər sistemli olacaq ki, ona görə məsul olan insanlar və strukturlar cəzalandırılmasın.

Heç bir mandat cinayət törətmək üçün indulgensiya deyil. İdman titulları da zorakılıq üçün icazə deyil.

Sistemli cəzasızlığı məhz yüksək vəzifəlilərin cəzasız qalması təşviq edir.

Ölkədə cinayətkarlar və hüquq-mühafizə orqanları birgə qrup cinayətləri törədirsə, bunun əsas məsuliyyəti hakimiyyətin və cinayət törədən parlament üzvlərinin üzərinə düşür.

Mzia Amağlobeli ikinci ildir ki, həbsdədir – yalnız bir səbəblə: polis formasında olan ədəbsiz bir “kişiyə” şillə ilə cavab verdiyi üçün.

Xoştarianın həbsdə olmasının səbəbi isə 100-lari dəyərində bir banner üzərinə markerlə qeyri-təhqiramiz yazı yazmasıdır.

20–21 yaşlı gənclər isə yalnız mitinqdə iştirak etdiklərinə görə həbsdədirlər!”, – deyə Filfani bildirib.

Oxşar