Vifleyemdə xüsusi dəstə üzvləri və Fələstinlilər arasında toqquşmalar başladı
Vifleyemdə xüsusi dəstə üzvləri və Fələstinlilər arasında toqquşmalar başladı

Vifleyemdə İsrailin üsusi dəstəsi üzvləri və Fələstinlilər arasında toqquşmalar başladı. Fələstinlilər təkər və zibil qutulasrına od vurdular və hüquqmühafizəçiləri daşqalaq etdilər. İsrasil qüvvələri isə, nümayişçiləri dağıtmaq üçün su təziqindən və gözyaşardıcıdan istifadə etdilər.

Etiraz aksiyaları qərb sahilinin başqa şəhərlərində, o cümlədən Hebron və Ramalahda da keçirilir.

İordan çayının qərb sahilində toqquşmalar, Donald Trampın Qüdsü rəsmi olaraq İsrailin paytaxtı kimi tanımasından və  ABŞ-ın səfirliyinin Tel-Avivdən Qüdsə keçirilməsi qərarını qəbul etdikdən sonra başladı.

Polis və və Fələstinlilər arasında toqquşmalar başladı Qüdsdə də baş berdi. Buraya İsrail hökuməti əlavə qüvvələr daxil etdi.

Xatırladaq ki, Qüdsün statusu İsrail və Fələstin arasında mübahisənin əsas mövzusudur. İsrail müqəddəs şəhəri öz paytaxtı kimi hesab edir. Fələstinlilər isə inanırlar ki, Qüds onların gələcək dövlətinin paytaxtıdır. 1993-cü il razılığı ilə, bu şəhərin statusu sülh danışıqları ilə müəyyənləşdirilməlidir.

Müsəlman ölkələrinin liderləri Vaşinqtonu, Qüdsün İsrail paytaxtı kimi tanınması təqdirində, mümkün destabilisizasiya haqqında xəbərdarlıq edirdilər.