"Vətənpərvərlər Aliyansında" bəyan edirlər ki, sorğu olunan 77 000 respodentdən Gürcüstanın hərbi neytralitetini 69 faizi dəstəkləyir
“Vətənpərvərlər Aliyansı” Batumidə keçirilən sorğuların nəticələrini dərc etdirir. Partiyada bəyan etdiklərinə görə, 1042 könüllü 77 000 respondeti sorğu etdi.
Partiyanın məlumatına görə, hərbi neytraliteti 69 faiz, yəni 53 130 Batumili dəstəkləyir. Sorğu olunanların 75 faizi, yəni 57 750 vətəndaş hesab edir ki, Gürcüstanın birliyinin bərpası yalnız və yalnız Rusiya ilə sülh siyasəti ilə və Suxumi, Sxinvali və Moskva ilə birbaşa dialoq ilə mümkündür.
Tədqiqata uyğun olaraq, sorğu olunanların 64 faizi, 49 280 respodent hesab edir ki, Saakaşvili-Bokeriya hakimiyyəti cinayətkar rejim idi.
Tədqiqatın nəticələrini mediaya bu gün İrma İnaşvili təqdim etdi.