Vətəndaşların vergi ödənişlərinin müəyyən hissəsi onların çalışdığı munisipalitetlərdə qalacaq
İstisna olunmur ki, vətəndaşların vergi ödənişlərinin müəyyən hissəsi onların çalışdığı munisipalitetlərdə qalacaq. Yerli özünüidarəetmə orqanları islahatının yeni dalğası çərçivəsində bu məsələ müzakirə olunur.
Parlamentin sədrinin bəyan etdiyinə görə, bu məsələ ilə bağlı son qərar hələ verilməyib, ancaq fiskal desentralizasiya məqsədi ilə yerli özünüidarəetmə orqanlarının büdcəsi mütləq artacaq.
“Desentralizasiya islahatımızın əsas prioritetlərindən biridir. Yəni biz yerli özünü idarəetmə orqanının gəlirini 7%-ə qaldırmalıyıq” – dedi İrakli Kobaxidze.
Bu göstəriciyə necə nail olunacağı isə, strategiyadan asılıdır. Bu vergi ödənişləri və ya gəlir vergiləri ilə ola bilər. Əsas odur ki, fiskal desentralizasiyanın Avropa minimumuna yaxılaşaq”, – dedi İrakli Kobaxidze.