Vətəndaşlar Senat çoxluğunun lideri Çak Şumerin evi yaxınlığında İsrailə yardımla bağlı layihənin təsdiqinə etiraz ediblər, polis nümayişin bir neçə iştirakçısını saxlayıb

12:04, 24.04.2024

Yüzlərlə insan Nyu-Yorkda ABŞ Senatının çoxluğunun lideri Çak Şumerin evi yaxınlığında toplaşaraq Senatın İsrailə yardım layihəsinə etiraz edib.

Etirazçılar Çak Şumeri ABŞ-ın İsrailə silah tədarükünün dayandırılması üçün çağırış ediblər.

Çıxışlardan sonra aksiya iştirakçıları ətraf küçələri bağlayıblar. Nyu-York polisi bir neçə nəfəri saxlayıb.

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım paketini təsdiqləyib.

Oxşar