Vətəndaşlar göyərtəsində Rusiya vətəndaşları olan kruiz gəmisinin Batumi limanına gəlməsinə etiraz edirlər
Vətəndaşlar göyərtəsində Rusiya vətəndaşları olan kruiz gəmisinin Batumi limanına gəlməsinə etiraz edirlər

Etiraz aksiyası Batumi limanında keçirilir. Vətəndaşlar göyərtəsində Rusiya vətəndaşları olan kruiz gəmisinin gəlməsinə etiraz edirlər. Kruiz gəmisi Soçidən Batumiyə gəlib.

Mitinq iştirakçıları işğal qanununun pozulduğunu deyirlər. Mitinqdə fit və müxtəlif qışqırıqlar eşidilir.

Kruiz gəmisinin ərazisi polis tərəfindən qorunur.  

Mitinqdə müxalif siyasi partiyaların nümayəndələri də iştirak edir. Aksiya barədə vətəndaşlardan biri sosial şəbəkədə məlumat verib.

Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyi gəminin gəlişi ilə bağlı açıqlama yayıb və orada ASTORIA GRANDE kruiz gəmisinin gəlişinin kommersiya xarakterli olduğu bildirilir.

“Gəmi sahibi Seyşel adalarında “Goodwin Shipping Limited” adı ilə qeydiyyatdan keçib və beynəlxalq sanksiyalar tətbiq olunmayıb”, – Dəniz Nəqliyyatı Agentliyindən açıqlanıb.